Donald Trump ilk xarici səfərinə çıxdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ilk xarici səfərlərini Səudiyyə Ərəbistanı və İsrailə, oradan da İtaliya, Vatikan və Belçikaya etmək üçün paytaxt Washingtonu tərk etdi.

735767
Donald Trump ilk xarici səfərinə çıxdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ilk xarici səfərinə çıxdı.
 
 Trump ilk xarici səfərlərini Səudiyyə Ərəbistanı və İsrailə, oradan da İtaliya, Vatikan və Belçikaya etmək üçün paytaxt Washingtonu tərk etdi.
 
 İlk səfərini Səudiyyə Ərəbistanına edəcək Trump burada Kral Salman bin Əbdüləziz ilə bir araya gələcək.
 
 Trump sonra İsrailə gedəcək, İsrail baş naziri Binyamin Netanyahu və Fələstinin lideri Mahmud Abbasla görüşəcək.
 
ABŞ prezidenti Orta Şərqdən sonra  İtaliya, Vatikan və Belçikaya səfər edəcək.
 
 Trump səyahəti ərəfəsində Twitter-də paylaşdığı ismarıcda bu səfərləri  ABŞ xalqının maraqlarını qorumaq üçün etdiyini vurğuladı.

Səfərlərdə Trumpı xanımı Melanie, qızı İvanka Trump və kürəkəni Jared Kushner də müşayiət edirlər.
 
 ABŞ mətbuatında yer alan xəbərlərə görə, ortodoksal yəhudi olan Kushner və İvanka bu səfərə çıxmazdan əvvəl ravvindən icazə alıblar.
 
 Qeyd edək ki, ABŞ-ın son 5 prezidenti vəzifəyə gəldikdən sonra ilk xarici səfərlərini Kanada və Meksikaya etmişdilər.



Әlaqәli Xәbәrlәr