ABŞ-ın BMT-dәki daimi nümayәndәsi N.Haley Türkiyәyә sәfәr edәcәk

Amerika Birləşmiş Ştatlarının BMT-dәki daimi nümayәndәsi Nikki  Haley ilk rәsmi  sәfәrini  Türkiyə və İordaniyaya edəcək.

734517
ABŞ-ın BMT-dәki daimi nümayәndәsi N.Haley Türkiyәyә sәfәr edәcәk

Amerika Birləşmiş Ştatlarının BMT-dәki daimi nümayәndәsi Nikki  Haley ilk rәsmi  sәfәrini  Türkiyə və İordaniyaya edəcək.

N.Haley 19-25 may tarixlәri arasında Türkiyә vә İordaniyaya sәfәr edәcәk.

Sәfәrin mәqsәdi qaçqınların vәziyyәtini yerindә görmәk vә hökumәt rәsmilәri ilә Suriyadakı vәtәndaş müharibәsi sәbәbindәn evlәrini tәrk etmәk mәcburiyyәtindә qalan qaçqınlara vә onlara ev sahibliyi edәn ölkәlәrә  ABŞ-ın necә kömәk edәcәyi mәsәlәsini müzakirә etmәkdir.

Qeyd edәk ki, Türkiyә tәxminәn 3 milyon, İordaniya isә 659 min Suriyalı qaçqına ev sahibliyi edir.

N.Haley hәr iki ölkәdә dә qaçqınların yaşadığı düşәrgәlәrә vә  mәktәblәrә baş çәkәcәk.



Әlaqәli Xәbәrlәr