Rusiya prezidenti Vladimir Putin ilk dəfə danışdı

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trumpun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla gizli kəşfiyyat məlumatları bölüşdüyünə dair iddialarla əlaqəli ilk dəfə danışıb.

734373

Putin bildirib ki, ABŞ-da siyasi şizofreniya inkişaf edir: "Bu boş şeyləri çıxaranlar ya axmaqdırlar, ya da təhlükəlidirlər. Onlar xarici siyasi vəziyyəti gərginləşdirərək ABŞ-a ziyan vururlar.

Rusiya prezidenti Vladimir Putin bunu İtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında deyib. 

Putin bildirib ki, əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır.

Rusiya dövlət başçısı Lavrov-Tramp görüşünün nəticələrini isə yüksək qiymətləndirib.

Әlaqәli Xәbәrlәr