ABŞ Suriyaya qarşı sanksiya siyahısını böyütdü

Sanksiya siyahısına aralarında Bəşər Əsədin əmisi oğlunun da olduğu 5 suriyalının adı daxil edildi.

733640
ABŞ Suriyaya qarşı sanksiya siyahısını böyütdü

       Amerika Birləşmiş Ştatları Xəzinə Nazirliyi Əsəd rejiminin Suriya xalqına qarşı davam edən hücumları səbəbilə yeni sanksiyalar barədə qərarların qəbul edildiyini bildirdi.
 
      Sanksiya siyahısına aralarında Bəşər Əsədin əmisi oğlunun da olduğu 5 suriyalının adı daxil edildi.
 
       Bundan başqa, Dəməşqə aid 3 şirkət, bir bank və bir dərnək ABŞ-ın qara siyahısına əlavə olundu.
 
       Washington rəhbərliyi aprel ayının əvvəlində İdlibdə törədilən kimyəvi hücum səbəbindən Suriya rejiminə bağlı olan Suriya Elmi İşlər və Araşdırma Mərkəzində işləyən 271 suriyalını da  sanksiya siyahısına daxil etmişdi.
 
        Qeyd edək ki, ABŞ prezidenti Donald Trump  hücumu həyata keçirən təyyarələrin qalxdığı Şayrat Hava Bazasına raket hücumunun edilməsi barədə tapşırıq vermiş, beləliklə, ABŞ rəhbərliyi vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana Əsəd rejiminə qarşı ilk dəfə hərbi  addım atmışdı.
 



Әlaqәli Xәbәrlәr