Suriyada qadın və qız uşaqlarının PKK və PYD-nin cinsi istismarına məruz qaldıqları sübuta yetirilib

Güvən Begeç Suriyada qadın və qız uşaqlarının terror təşkilatı PKK və onun Suriyadakı davamı PYD-nin DEAŞ və Boko Haramın etdiyi kimi cinsi istismarına məruz qaldıqlarını bildirib.

732896
Suriyada qadın və qız uşaqlarının PKK və PYD-nin cinsi istismarına məruz qaldıqları sübuta yetirilib

Türkiyənin BMT-dəki daimi nümayəndəsinin müavini Güvən Begeç qadın və qız uşaqlarının PKK terror təşkilatı və onun Suriyadakı davamı PYD-nin DEAŞ və Boko Haramın etdiyi kimi cinsi istismarına məruz qaldıqlarını bildirib.

Güvən Begeç BMT Təhlükəsizlik Şurasındakı "Qarşıdurmaların davam etdiyi yerlərdən cinsi istismar" başlıqlı iclasda etdiyi çıxışda qarşıdurmaların qadın və qız uşaqları üzərindəki ağır təsirlərinə, artan cinsi zorakılıq hadisələrinin döyüş taktikası və vətəndaşlara istiqamətli sistemli bir hücum olaraq istifadə edilməsinə diqqəti çəkib.

DEAŞ və Boko Haram kimi terror təşkilatlarının qadınlara və qızlara qarşı iyrənc davranışlarının hər platformada qınanmasının vacibliyinə toxunan Begeç deyib ki, terror təşkilatı PKK / PYD, DEAŞ və Boko Haram kimi qadınlar və qız uşaqlarından sui-istifadə edir. Onların xidmətində olan qadınlar belə cinsi istismara məruz qalırlar.

Artan zorakılıq hadisələrinin, məcburi köç hadisələrinin insan alverinə şərait hazırladığını və bunun da cinsi  istismara səbəb olduğunu bildirən Begeç qeyd edib ki, Türkiyə insan haqqlarını pozan, insan qüruru və heysiyyətinə qarşı cinayət təşkil edən insan qaçaqmalçılığı ilə mübarizəyə böyük əhəmiyyət verir.

Suriyadakı cinsi zorakılıq hadisələrinə də toxunan Begeç cinsi zorakılığın müxtəlif qruplar tərəfindən döyüş, terror və işgəncə taktikası olaraq istifadə edildiyini də söyləyib.

Suriyalıların, xüsusilə də qadın və qız uşaqlarının cinsi şiddət təhdidi altında yaşamağa davam etdiyinin vurğulayan Begeç, Suriya rejiminin nəzarət mərkəzlərindəki dəhşətli cinsi zorakılıq hadisələrinin BMT hesabatlarında sənədlərlə yer tutduğunu və Türkiyənin Astana danışıqlarında məhbusların sərbəst buraxılması səylərinin də bu çərçivədə mövzuyla əlaqəli olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr