Nigeriyada məscidə hücum olub - 20 ölü

Bu barәdә Polis İdarәsinin rәisi Bala Elkana mәlumat verib.

732882
Nigeriyada məscidə hücum olub - 20 ölü

Nigeriyanın Niger əyalətində mәscidә hücum edilib. Hücum nәticәsindә 20 nәfәr hәlak olub.

Bu barәdә Polis İdarәsinin rәisi Bala Elkana mәlumat verib.

Hələ ki, məscidə hücum edənlərin şəxsiyyətinin müəyyən etmək mümkün olmayıb.

Bölgədə otlaqlar üstündə yerli fermerlər ilə köçəri çobanlar arasında toqquşmalar baş verir.

Son hücumda da Fulani çobanlarının əlinin olduğu güman edilir.

Qeyd edək ki, son iki ildə ölkənin şimal-şərqində çobanlar ilə fermerlər arasında baş verən toqquşmalar nəticəsində 400-dən çox adam həyatını itirib.



Әlaqәli Xәbәrlәr