Ağ Ev Washington Post qəzetinin iddiasını tәkzib edib

Washington Post qəzeti Donald Trampla Rusiya XİN rəhbəri Sergey Lavrovun görüşü ilə bağlı qalmaqallı iddia ortaya atıb.

733080
Ağ Ev Washington Post qəzetinin iddiasını tәkzib edib

Washington Post qəzeti Donald Trampla Rusiya XİN rəhbəri Sergey Lavrovun görüşü ilə bağlı qalmaqallı iddia ortaya atıb.

Washington Post qəzeti iddia edib ki, prezident Donald  Tramp rusiyalı nazirə tam məxfi məlumat ötürüb. 

Qeyd edәk ki,  ABŞ Dövlәt katibi Reks Tillerson və ABŞ prezidentinin  milli təhlükəsizlik üzrә müşaviri Herbert R. McMaster iddiaları təkzib edib.

Reks Tillerson  bildirib ki: ‘‘ABŞ prezidenti ilә Rusiya XİN rəhbəri arasında baş tutan görüşdә  konkret təhlükələrin xarakteri müzakirə olunub, lakin onlar metodları və ya hərbi əməliyyatları müzakirə etməyib”

ABŞ prezidentin milli təhlükəsizlik üzrə müşaviri Herbert R. MakMaster isә açıqlamasında bildirib ki, ‘‘Bu  tamamilə yalandır’’.



Әlaqәli Xәbәrlәr