Fransa siyasətində nəsil dəyişikliyi oldu

39 yaşlı Emanuel Macron Fransanın ən gənc prezidenti adını da aldı.

731984
Fransa siyasətində nəsil dəyişikliyi oldu

 François Hollande hökumətində 2014-2016-ci illər arasında iqtisadiyyat naziri vəzifəsini tutan Emanuel Macrona prezident kürsüsünü təhvil verdi.
 
 39 yaşlı Macron ölkənin ən gənc prezidenti adını da aldı.
 
 Təhvilvermə mərasimi Yelisey Sarayında keçirildi.
 
 Daha əvvəl heç bir seçkilərdə iştirak etməyən və ənənəvi mərkəz partiyaların namizədlərini geridə qoyan Macron 2022-ci ilə qədər Fransanın prezidenti olacaq.
 
 Brigitte Macron da Yelisey Sarayının birinci xanımı oldu.
 
 Macronun ən yaxın məsləhətçisi olan 64 yaşlı birinci xanımın Sarayda ofisi olacaq və o, başlıca olaraq təhsil məsələləri ilə məşğul olacaq.
 
 Yeni prezidentin  ilk addımı yeni nazirlər kabinetini qurmaq olacaq.
 
 Yeni baş nazirin bu gün (bazar ertəsi günü) təyin olunacağı, hökumətin də çərşənbə axşamı günü açıqlana biləcəyi bildirilir.
 
 Geniş islahatlar paketini vəd edən Macronun xüsusilə, məşğulluqda və iqtisadi siyasətdə geniş miqyaslı dəyişikliklər etməsi gözlənilir.
 
 Macronun əsl imtahanı gələn ay  dörd həftə ərzində iki mərhələdə keçiriləcək parlament seçkiləri olacaq.
  
 Bu seçkilərin nəticəsində Macron hökumətinin gələcəyi məlum olacaq.
 
 Macronun vəd etdiyi proqramı tətbiq edə bilməsi üçün onun hərəkatı  parlamentdə çoxluq təşkil etməlidir.



Әlaqәli Xәbәrlәr