Brett McGurk Ərbildə görüşlər keçirib

ABŞ prezidenti Donald Trampın  DEAŞ-la mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk  Ərbildə görüşlər keçirib.

732191
Brett McGurk Ərbildə görüşlər keçirib

B. McGurkun rәhbәrlik etdiyi nümayәndә heyәti  İrak Kürd Regional Rəhbərliyinin baş naziri  Nәçirvan Bərzani tərəfindən qəbul edilib.

Nәçirvan Bәrzaninin rәsmi internet sәhifәsindәn  verilәn mәlumata görә, görüşdә Mosulda terror tәşkilatı DEAŞ-a qarşı aparılan  әmәliyyat, İKRR-nә axın edәn köç dalğası vә regiondaki siyası proseslәr müzakirә olunub.

İKRR-nin İraqdakı terror hadisәlәri sәbәbindәn evlәrini tәrk etmәk mәcburiyyәtindә olanlara ev sahibliyi etdiyini xatırladan Bәrzani  xüsusilә son bir neçә ay әrzindә  Mosulda DEAŞ-a qarşı aparılan әmәliyyatlar nәticәsindә yaralananan 35 min İraq ordusuna bağlı hәrbçinin  Әrbildә müalicә olunduğunu bildirib.  

McGurkun  dә görüşdә terror hadisәlәri sәbәbindәn evlәrini tәrk edib İKRR-nә pәnah gәtirәn qaçqınların  vәziyyәtini yaxından izlәdiklәrini bildirib. O, ölkәsinin Әrbilә hәm hәrbi, hәm dә humanitar yardım etmәyә davam edәcәyini  vurğulayıb.



Әlaqәli Xәbәrlәr