ABŞ:'Suriya rejimi öldürdüyü minlərlə insanın cəsədini yandırdı'

ABŞ Dövlət Departamenti Əsəd rejiminiin Suriya həbsxanasında minlərlə insanın öldürüldüyünü və cəsədlərin yandırıldığını açıqladı.

732732
ABŞ:'Suriya rejimi öldürdüyü minlərlə insanın cəsədini yandırdı'

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Bəşər Əsəd rejiminin Suriyada Saydnaya həbsxanasında minlərlə insanın öldürüldüyünü və cəsədlərin yandırıldığını açıqladı.

ABŞ dövlət katibinin müavini Stüart Jones mətbuat konfransı keçirərək Saydnayada öldürülən məhkumların həbsxananın bir hissəsində tikilən sobada yandırıldığını söylədi.

Stüart Jones:' Sobanın dəlilləri aradan qaldırmaq üçün inşa edildiyi fikrindəyik' dedi.

Mətbuat konfransında sobanın fotoları da göstərildi. Nümayiş olunan fotoların 2013-cü ildə çəkildiyi diqqət çəkir. 2015-vi ilin yanvar ayında çəkilən fotoda sobanın olduğu binanın damındakı qarların əridiyi görünür.

Jones:'Əsədin əxlaqsızlığı bu səviyyəyə düşüb'dedi.

Qazaxıstanın paytaxtı Astanada keçirilәn Suriya danışarıqlarını dəyərləndirən Jones Suriyada zorakılığın azalacağını düşünmədiklərini qeyd etdi.

Jones:'Əsəd rejimi mülki vәtәndaşlara və müxalif qüvvələrə qarşı hücumlarını dayandırmalıdır.Rusiya da rejimə olan təsirindən istifadə edərək bunun tətbiq olunmasını təmin etməlidir' ifafəsini işlətdi.



Әlaqәli Xәbәrlәr