Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə 2 milyard dollarlıq silah satışını təsdiqlədi
Dövlət Departamentinin təsdiqlədiyi Birləşmiş Ərəb Əmirliklərinə silah satışı haqqında Konqres məlumatlandırılıb.

ABŞ Birləşmiş Ərəb Əmirliklərinə 2 milyard dollarlıq silah satışını təsdiqləyib.
ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi yazılı açıqlama verərək, Dövlət Departamentinin təsdiqlədiyi Birləşmiş Ərəb Əmirliklərinə silah satışı haqqında Konqresi məlumatlandırdığını bəyan edib.
Açıqlamada satışı təsdiqlənən silahların siyahısında 60 ədəd PAC-3 (Patriot anti-ballistik raket), 100 ədəd GEM-T (Anti-taktika ballistik raket) və çox sayda silah-sursatın olduğu qeyd edilib.
Silah almağı Birləşmiş Ərəb Əmrlərinin istədiyinə diqqət çəkilən açıqlamada satışdan 2 milyard dollar əldə edildiyi bildirilib.
Açıqlamada vurğulanıb ki, silahların Körfəz ölkəsinə verilməsindən sonra ölkə hava və raket hücumlarına qarşı daha əmin amanlıq içində olacaqdır.
Әlaqәli Xәbәrlәr

TİKA Əfqanıstanda qadınlar üçün sex açdı
Bu barədə TİKA-nın Heratdakı ofisindən verilən açıqlamada bildirilib.