Hindistanda divarın uçması nəticəsində 24 nəfər ölüb
Hindistanda nikah mərasimi zamanı divarın uçması nəticəsində azı 24 nəfər ölüb, 26-dək insan yaralanıb.
730033

Məlumata görə, hadisə Racastan ştatının Bxaratpur rayonunda baş verib. Məclis iştirakçıları mərasim zamanı başlayan toz qasırğasından qorunmaq üçün talvarın altına yığışıb. Bu zaman talvara bitişik uzunluğu 32, hündürlüyü isə 3,5 metr olan divar insanların üstünə düşüb.
Ölənlər arasında 8 qadın və 4 uşaq var.