Fransada hökümət istefa edib

Fransada, keçirilən prezident seçkilərinin qalibi Emmanuel Macronun zəfəri rəsmi olaraq açıqlandıqdan sonra hökumət istefa verdi.

729925
Fransada hökümət istefa edib

Prezident Fransua Hollande isə, Baş nazir Bernard Cazeneuveun təqdim etdiyi istifa məktubunu qəbul edib.

Baş naziri 6 aydır davam edən fəaliyyətləri səbəbindən təbrik edən Hollande, ondan yeni hökumətin formalaşacağı tarixə dək, vəzifəyə davam etməsini istəyib.

Fransa Konstitusiya Şurasının Başçısı Laurent Fabius, Emmanuel Macronun prezident seçkilərinin ikinci turunda 66,10% səs toplayaraq ölkənin yeni prezidenti seçildiyini açıqlamışdı.

Macron, yeni vəzifəsini 14 mayda Hollandedan təhvil alacaq.

Ölkədə, parlamentə seçkilərin ilk turu isə 11 İyunda keçiriləcək.



Әlaqәli Xәbәrlәr