ABŞ döyüş gəmisi Cənubi Koreyanın balıqçı gəmisi ilə toqquşdu

Cənubi Koreyanın şərqində Amerika Birləşmiş Ştatlarının döyüş gəmisi Cənubi Koreyanın balıqçı gəmisi ilə toqquşdu.

728875
ABŞ döyüş gəmisi Cənubi Koreyanın balıqçı gəmisi ilə toqquşdu

 "Yonhap" xəbər agentliyinin verdiyi xəbərdə ölkənin şərqində yerləşən Ulleungdo adasının 90 kilometr cənubunda təlim keçən ABŞ döyüş gəmisinin Cənubi Koreyanın  balıqçı gəmisi ilə toqquşduğu bildirilir.

Xəbərdə ABŞ-a aid "Ticonderoga" gəmisi ilə içində 6 ekipaj üzvü  olan təxminən 10 ton ağırlığında və 20 metr uzunluğunda balıqçı gəmisi ilə toqquşduğu qəzada itki olmadığı ifadə edilir.
 
 Ölkədəki ABŞ Dəniz Qüvvələri rəsmiləri də gəminin beynəlxalq sularda gündəlik fəaliyyətlərinə davam etdirdiyini söylədi.

ABŞ donanması ilə Cənubi Koreya Sahil Təhlükəsizliyi əməkdaşları qəzayla bağlı cinayət işi açdılar. 
 
 



Әlaqәli Xәbәrlәr