Fransada seçkilər:Emmanuel Macron və Marin Le Pen ikinci mərhələdə mübarizə aparacaqlar

Bu gün Fransa xalqı prezident seçkilərinin ikinci mərhələsində səs vermək üçün seçki məntəqələrinə gedir.

727100
Fransada seçkilər:Emmanuel Macron və Marin Le Pen ikinci mərhələdə mübarizə aparacaqlar

Bu gün Fransa xalqı prezident seçkilərinin ikinci mərhələsində səs vermək üçün seçki məntəqələrinə gedir.
 
 11 namizədin iştirak etdiyi ilk mərhələdə Emmanuel Macron və Marina Le Pen ən çox səs toplayaraq ikinci mərhələyə keçdilər.
 
 Seçki qadağası başlamazdan əvvəl yayılan son sosioloji sorğuya əsasən Macronun 62 %, Le Penin 38 % səs alacağı təxmin olunur.
 
 Prezident seçkilərinin 23 apreldəki  ilk mərhələsi Parisdəki terror hücumunun kölgəsində baş tutmuşdu. İkinci mərhələyə  isə kompüter piratlarının hücumu damğa vurdu. Seçkinin favorit namizədi "İrəli" hərəkatının lideri Emmanuel Macronın kampaniyası kompüter piratlarının hədəfi oldu.
 
Oğurlanan kampaniya məlumatları saxta sənədlərlə qarışdırılaraq internetdə dərc olundu.
 

 Macron cəbhəsi rus hakerləri günahlandırdı.

 Kremlin verdiyi açıqlamada isə Rusiyanın bu təcavüzün arxasında olduğu barəsindəki iddialar rədd edildi.
 
 Fransa seçki komissiyası oğurlanan sənədlərin mediada dərc olunmasını qadağan etdi.

Xatırladaq ki, Fransa prezident seçkilərinin ilk mərhələsində 23,75 % səslə mərkəzçi Emmanuel Macron qalib gəlib, ifrat sağçı Marin Le Pen isə səslərin 21,53 %-ni  qazanıb.
 



Әlaqәli Xәbәrlәr