Dünya Müsəlman Alimlər Birliyi Avropa müsəlmanlarına müraciət etdi

Dünya Müsəlman Alimlər Birliyi Avropadakı müsəlman seçiciləri seçkilərdə fəal şəkildə iştirak etmyə, irqçi və müsəlmanlara qarşı kampaniya aparan namizədlərə qarşı diqqətli olmağa çağırdı.

727167

 Dünya Müsəlman Alimlər Birliyinin  yazılı bəyanatında fanatik və ekstremist tərəflərinin yarım əsr ərzində Avropada iki dünya müharibəsinə səbəb olduğu və bu müharibələrin bütün bəşəriyyətə təsir etdiyi ifadə edilir, bu növ fanatik və ekstremist namizədlərə qarşı diqqətli olmaq və insanlığa, cəmiyyətə və müsəlmanlara faydalı olacaq namizədlərin dəstəklənməsi tələb olunur.
 
 Bəyanatda müsəlmanların yaşadıqları cəmiyyətdə rifah səviyyəsi yüksək və inkişaf etmiş bir mədəniyyət yaratmaq istiqamətindəki fəaliyyətlərdə aktiv şəkildə iştirak etmələrinin zəruriliyinə toxunulur, Avropa ölkələrində artan müsəlmanların İslamı sülh dini olaraq tanıtmaq kimi bir vəzifələri olduğu qeyd edilir.

Әlaqәli Xәbәrlәr