Putin "Türk Axını" təbii qaz kəmərinin inşasına başlamaq üçün göstəriş verdi
Rusiya prezidenti Vladimir Putin Türkiyənin də layihənin həyata keçirilməsinə fəal dəstək verəcəyindən əmin olduğunu ifadə etdi.

Rusiya prezidenti Vladimir Putin "Türk Axını" təbii qaz kəmərinin inşasına başlamaq üçün təlimat verdi.
Rusiya prezidenti Vladimir Putinə "Türk Axın"ı ilə bağlı işlər haqqında hesabat təqdim edən Qazpromun sədri Aleksey Miller hazırlıq işlərinin sona çatdığını və kəmərin dəniz hissəsində boru döşəmə işlərinə bir neçə gün ərzində başlayacaqlarını bildirdi.
İşlərə başlamaq üçün göstəriş verən Putin Türkiyənin də layihənin həyata keçirilməsinə fəal dəstək verəcəyindən əmin olduğunu ifadə etdi.
"Türk Axını"nın 31.5 milyard kubmetr qaz ixracını təmin edə biləcək 900 kilometr uzunluğunda dənizdən keçən iki qolunun 7 milyard avroya başa gələcəyi bildirilir.
"Türk Axını" layihəsinin Qara dənizin altından keçən hissəsi South Stream Transport B.V. tərəfindən inşa olunur.