Trump ilə Putin arasında telefon danışığı oldu

Telefon görüşündə Suriya, Şimali Koreya gərginliyi və beynəlxalq terrorizm məsələləri müzakirə olundu.

724546
Trump ilə Putin arasında telefon danışığı oldu

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Rusiya prezidenti Vladimir Putin ilə telefonla görüşdü.
 
 Həlledici görüşdə Suriya, Şimali Koreya gərginliyi və beynəlxalq terrorizm məsələləri müzakirə olundu.
 
 Ağ Evin yaydığı məlumatdaTrump ilə Putin arasındakı telefon görüşünün detalları açıqlandı.
 
Məlumatda: " Prezident Trump və dövlət başçısı Putin Suriyadakı iztirabın çox uzun müddət davam etdiyini qeyd etdilər və zorakılığın sona çatması üçün bütün tərəflərin edə biləcəkləri barədə razılığa gəldilər" deylir.
 
Məlumatda Trump ilə Putinin Orta  Şərqdə terrorizmə son qoyulması üçün birgə fəaliyyətləri  müzakirə etdikləri və Şimali Koreyadakı "çox təhlükəli" vəziyyətin optimal  həlli barədə də fikir mübadiləsi apardıqları bildirilir.
 
 Kremlin yaydığı məlumatda  iki liderin beynəlxalq terrorizmlə mübarizədə, koordinasiyalı fəaliyyət məsələsində razılıq əldə etdikləri vurğulanır.



Әlaqәli Xәbәrlәr