İvanka Trumpın iş qadınlarına uğurun yollarını göstərən kitabı çıxdı

"Penguin Random House" tərəfindən dərc olunan " Women Who Work: Rewriting the Rules for Success" (İşləyən Qadınlar: Uğurun Qaydalarını Yenidən Yazmaq) adlı kitabı mayın 2-dən etibarən ölkənin  kitab evlərinin rəflərində olacaq.

724533
İvanka Trumpın iş qadınlarına uğurun yollarını göstərən kitabı çıxdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın qızı və müşaviri Ivanka Trumpın işləyən qadınlara tövsiyələrindən ibarət yeni kitabı dərc olundu.
 
 "Penguin Random House" tərəfindən dərc olunan " Women Who Work: Rewriting the Rules for Success" (İşləyən Qadınlar: Uğurun Qaydalarını Yenidən Yazmaq) adlı kitabı mayın 2-dən etibarən ölkənin  kitab evlərinin rəflərində olacaq.
 
 Kitabında atası Donald Trumpdan öyrəndiklərini də oxucuları ilə bölüşən İvanka Trump iş həyatında ailənin əhəmiyyətini vurğulayır, karyera ilə bağlı tövsiyələr verir.
 
 Trump, eyni zamnada, işləyən qadınlara stressə qalib gəlmənin və uğurlu iş qadını olmağın yollarını göstərir.
 
 Qeyd edək ki, Ivanka Trumpın 2009-ci ildə də "Trump Kartı: Həyatda və İşdə Qazanma Oyunu" adlı kitabı çap olunmuşdu.



Әlaqәli Xәbәrlәr