İndoneziyanın paytaxtı dəyişdirilə bilər

İndoneziyada paytaxt Cakartanın mənfi cəhətləri və ölkənin digər  bölgələrinin də inkişafının təmin edilməsi məqsədilə paytaxtın dəyişdirilməsi layihəsi üzərində iş gedir.

724285
İndoneziyanın paytaxtı dəyişdirilə bilər

İndoneziya Milli İnkişafın Planlaşdırılması Nazirliynin verdiyi məlumata görə, Cakartadakı zəlzələ riski, sel və nəqliyyat problemləri səbəbindən və  başqa bölgələrin iqtisadi inkişafı üçün paytaxtın dəyişdirilməsi ilə bağlı işlər aparılır

Məlumatda layihənini Cakartadakı nəqliyyat və infrastruktur problemləri və zəlzələ riski səbəbindən gündəmə gəldiyi bildirilir.

İlin sonuna qədər paytaxt olmağa namizəd şəhərlərin siyahısı tutulacaq.

Ölkənin ən böyük adası olan Kalimantanın mərkəzindəki Palangkaraya şəhərinin yeni paytaxt seçilmə ehtimalının yüksək olduğu da qeyd olunur. Palangkarayanın mövcud paytaxtdan daha böyük sahəyə və zəngin təbii qaynaqlara malik olması, nəqliyyat və infrastrukturun planlı inkişaf etditilməsinə uyğun olması onun yeni paytaxt olma ehtimalını artıran göstəricilərdir.

Qeyd edək ki, Mərkəzi Kalimantan bölgəsində yerləşən Palangkarayanın paytaxt olması məsələsi 1950-ci illərdə də ölkənin gündəminə gəlmişdi.

 



Әlaqәli Xәbәrlәr