ABŞ Əfqanıstana daha 300 əsgər göndərdi

ABŞ-ın Əfqanıstanın cənubundakı Helmand vilayətinə daha 300 əsgər göndərdiyi bildirilib.

723277
ABŞ Əfqanıstana daha 300 əsgər göndərdi

ABŞ-ın Əfqanıstanın cənubundakı Helmand vilayətinə daha 300 əsgər göndərdiyi bildirilib.

Əfqanıstandakı ABŞ qüvvələri komandirliyinin məlumatında  əsasən 300 əsgərin ABŞ dəniz piyadalarından ibarət olduğu ifadə edilib.

Məlumatda əsgərlərin bölgədə yerləşdirilməsinin səbəbinin Əfqan ordusuna təlim, müşavirlik və terrorla mübarizə barədə köməklik göstərməsinin olduğu bildirilib.

ABŞ-ın ilk olaraq 11 sentyabr hücumlarından sonra hərbi dəstə göndərdiyi Helmand vilayətində 2014-cü ildə əsgərlərini geri çəkmişdi.

Bölgədə Əfqan təhlükəsizlik qüvvələrinin ağır itkilər verməsi və Talibanın fəaliyyətini artırması qarşısında ABŞ prezidenti Donald Trumpın qərarı ilə xüsusi qüvvələrə bağlı 5 min yeni əsgərin Əfqanıstana göndəriləcəyi açıqlanmışdı.



Әlaqәli Xәbәrlәr