Jens Stoltenberg: "Türkiyə çox əhəmiyyətli tərəfdaşımızdır"

Bunu NATO-nun baş katibi Jens Stoltenberg Maltanın paytaxtı Vallettada keçirilən Avropa İttifaqı Müdafiə Nazirlərinin toplantısında söylədi.

721673
Jens Stoltenberg: "Türkiyə çox əhəmiyyətli tərəfdaşımızdır"

NATO-nun baş katibi Jens Stoltenberg Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı uğursuz çevriliş cəhdinə məruz qalan Türkiyənin üzünümüdafiə və bunun arxasında duran şəxsləri tapmaq hüququnun olduğunu dedi.
 

 NATO baş katibi Maltanın paytaxtı Vallettada keçirilən Avropa İttifaqı Müdafiə Nazirlərinin toplantısında Türkiyəyə dair açıqlamalar verdi.
 
 Türkiyənin İtifaq daxilində hərbi qüvvə baxımından ABŞ-dan sonra ikinci sırada olduğuna diqqət çəkən Stoltenberg:" Türkiyə istər geostrateji, istər İraq və Suriya ilə sərhədi olması, istərsə də Qara Dənizdə Rusiyaya yaxınlığı baxımından çox əhəmiyyətli tərəfdaşımızdır. Türkiyə bir sıra terror hücumuna məruz qaldı. Başqa bir müttəfiqimiz indiyədək bu qədər terror hücumuna məruz qalmayıb" deyə danışdı.

 

 



Әlaqәli Xәbәrlәr