BMT: ''Hücumlara son qoyulmalıdır''
Birləşmiş Millətlər Tәşkilatı Suriyanın şimalında xәstәxanalara tәşkil edilәn hava hücumları nәticәsindә dinç sakinlәrin hәlak olduğunu bildirib vә hücumlara son qoyulması ilә әlaqәdar çağırış edib.

Birləşmiş Millətlər Tәşkilatı Suriyanın şimalında xәstәxanalara tәşkil edilәn hava hücumları nәticәsindә dinç sakinlәrin hәlak olduğunu bildirib vә hücumlara son qoyulması ilә әlaqәdar çağırış edib.
BMT-nin Humanitar İşlәr üzrә koordinatorları tәrәfindәn verilәn açıqlamada xәstәxanalara tәşkil edilәn hücumlar sәbәbindәn yüz minlәrlә insanın sәhiyyә xidmәtindәn istifadә imkanından mәhrum olduğu bildirilib. Açıqlamada bu ay әrzindә 4 dәfә xәstәxanalara hücum edildiyi qeyd olunub.
‘‘Xәstәxanaların bombalanması qətiyyən qəbuledilməzdir. Xәstәxanalara tәşkil edilәn hücumlar sәbәbindәn yüz minlәrlә sәhiyyә işçisi hәyatını itirib, yüz minlәrlә adam da sәhiyyә xidmәtindәn istifadә imkanından mәhrum olub. Hücumlara son qoyulmalıdır’’- deyә açıqlamada qeyd olunub.
Әlaqәli Xәbәrlәr

Terror tәşkilatı Boko Haramın hücumu nәticәsindә dörd hәrbçi hәyatını itirib
Bu barәdә Niger Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.