Dünya silahlanır

Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünya səviyyəsində hərbi xərclərin 2011-ci ildə etibarən ilk dəfə yenidən artdığını bildirir.

719260
Dünya silahlanır

Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna görə, (SIPRI)  ötən il dünya miqyasında ölkələrin silahlanmaya ayırdığı məbləğ 1 trilyon 686 milyon dollar olub.

Bu rəqəm 2015-ci illə müqayisədə 0,4% çoxdur.

Xüsusilə, hərbi cəhətdən güçlü olan ABŞ, Çin  və Rusiyanın silahlanmaya ayırdıqları pulun məbləğində yüksəlmə qeyd olunur.

Səudiyyə Ərəbistanı kimi ölkələr isə hərbi xərclərini azaltdı, lakin bunu siyasi səbəblərdən çox neftin qiymətinin düşməsilə iqtisadi səbəblərdən etmək məcburiyyətində qaldılar.

Almaniyanın Bonn şəhərindəki Beynəlxalq Silahsızlaşma Mərkəzinin (BICC) politoloqu Marius Balesə görə, Rusiyanın Krımı ilhaq etməsi, Cənubi Çin dənizindəki gərginlik, Orta Şərqdəki müharibələr silahlı münaqişələrin daha da yayıla biləcəyi  barədə proqnozları ortaya qoyur.

Diğər tərəfdən, beynəlxalq təşkilat və institutlara olan etbar da gündən-günə azalır.

Bir sıra ölkə yalnız özünə etibar edir. Milli orduların əhəmiyyəti getdikcə artır. Bu isə hərbi xərclərin artmasına səbəb olur.

Yaranmış vəziyyət hal-hazırda hərbi cəhətdən inkişaf etmiş ölkələrə də aiddir. Məsələn, ABŞ hərbi xərclərini 1.7 % artıraraq 611 milyard dollara, Rusiya 5.99 %,artıraraq 69.2 milyard dollara, Çin isə 5.4 % artıraraq 215 milyard dollara yüksəldib.

 



Әlaqәli Xәbәrlәr