“Bu mikrobla ildə 30 milyon adam ölə bilər”, B.Qeyts

Dünyanın ən zəngin iş adamı, “Microsoft”un qurucusu Bill Qeyts (Gates) terrorçuların bioloji silahlarla milyonlarla adamı öldürmə hücumunun həyəcanlı siqnalını verib.

717260
“Bu mikrobla ildə 30 milyon adam ölə bilər”, B.Qeyts

   İngiltərənin paytaxtı Londonda Birləşmiş Krallıq Müdafiə Tədqiqatları İnstitutunda (Royal United Services Institute) çıxışı zamanı Bill Qeyts bioterrorizm təhlükəsiylə bağlı məlumat verərək deyib: “Terrorçuların istehsal etdiyi bir mikrobla ildə 30 milyon adam həyatını itirə bilər”.

  Qeyd edək ki, bundan əvvəl Almaniyanın Münhen şəhərindəki bir yığıncaqda bənzər xəbərdarlıq edən Qeyts: “Bioterrorun qarşısı alınmazsa, 10-15 ilə ölkələri bu təhlükə gözləyir. Bu hücumlara qarşı hazırlıq görülməli, cəbhələr genişləndirilməlidir”, - demişdi.



Әlaqәli Xәbәrlәr