Qara dənizdə yük gəmisi batıb, 7 nəfər itkin düşüb

Qara dənizdə yük gəmisi batıb.

716022
Qara dənizdə yük gəmisi batıb, 7 nəfər itkin düşüb

Məlumata görə, “Qeroi Arsenala” adlı gəminin göyərtəsindəki yeddi nəfər itkin düşüb. İlkin məlumata əsasən, gəminin göyərtəsində 12 nəfər olub.

Bunlardan 2-i Rusiya, 9-u Ukrayna və 1-i Gürcüstan vətəndaşıdır.

Gəminin dünən gecə şiddətli fırtına səbəbindən ikiyə bölünüb batdığı qeyd olunub.

Hadisə yerinə bir neçə xilasetmə gəmisinin və helikopterin göndərildiyi bildirilib. Əlverişsiz hava  şəraiti xilasetmə əməliyyatlarının keçirilməsinə maneçilik törədir. 

Qeyd edək ki, gəmi  Türkiyəyə taxıl aparırmış.



Әlaqәli Xәbәrlәr