BMT Təhlükəsizlik Şurasında ilk dəfə insan hüquqları pozuntuları müzakirə olundu

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Təhlükəsizlik Şurasına Suriya və Şimali Koreyadakı insan hüquqları pozuntuları mövzusunda addım atılması üçün müraciət edib.

715887
BMT Təhlükəsizlik Şurasında ilk dəfə insan hüquqları pozuntuları müzakirə olundu

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Təhlükəsizlik Şurasına Suriya və Şimali Koreyadakı insan hüquqları pozuntuları mövzusunda addım atılması üçün müraciət edib.

BMT Təhlükəsizlik Şurasında ilk dəfə insan hüquqları pozuntularının müzakirə olunduğu iclas keçirilib.

Baş katib Antonio Guterres insan hüquqları pozuntularının ciddi səviyyədə kədərlərə səbəb olduğunu, daimi sülh və razılıq mühitini zədələdiyini söyləyib.

İnsan hüquqlarının pozulması və kütləvi vəhşiliyin qarşısının alınmasında BMT Təhlükəsizlik Şurasındakı birlik və razılığın vacibliyini vurğulayan Guterres deyib ki, bu Şuraya bir dəfə daha Suriya xalqının çəkdiyi dözülməz əziyyətlərə son vermək üçün heç bir səyə xələl gətirməməsi üçün çağırış edirəm. Bunu bacara bilməməsi bizim üçün faciəli bir durum olar.

İclasda danışan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Haley də Avropa Şurasına Suriya və Şimali Koreyadakı insan hüquqları pozuntuları mövzusunda hərəkətə keçilməsi üçün çağırış edərək bildirib ki, dünyanın ən qəddar rejimlərinin insan hüquqlarını ən mərhəmətsiz şəkildə pozanlar olması gözlənilməyən hal deyil.

Haley etnik və dini ayrı-seçkiliyə məruz qalan Arakan müsəlmanlarının vəziyyətinin da araştırılmasının vacibliyini dilə gətirib və yayğın insan hüquqları pozuntuları qarşısında BMT Təhlükəsizlik Şurasını daha çox səssiz qalmamağa  çağırıb.

İnsan hüquqları mövzusunun da Şurada müzakirə olunmasını təklif edən Haleyə Rusiya, Çin, Misir, Efiopiya, Qazaxıstan və Bolivya nümayəndələri etiraz edib.



Әlaqәli Xәbәrlәr