Amerika Rusiya təyyarələrinə maneə törətdi

Amerikanın iki F-22 Raptor tipli döyüş təyyarəsi Alaska yaxınlığında Rusiyanın iki TU-95 bombardman təyyarəsini əngəlləyib.

715778
Amerika Rusiya təyyarələrinə maneə törətdi

  Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (Pentaqon) maneənin səbəbinin Rusiya təyyarələrinin Alaska bölgəsindəki Amerika hava sahəsinə yaxınlaşması olduğunu bildirib.

  Pentaqon Sakit Okean Qüvvələri Komandanlığı sözçüsü Qeri Ros (Gary Ross) bu hadisənin bazar ertəsi günü Alyaskanın Kodiak adasının 160 kilometrlik məsafəsində meydana gəldiyini söyləyib və deyib: “Şimali Amerika hava sahəsini yaxından izləyən Şimali Amerika Hava Müdafiə Komandanlığı (NORAD) hava suverenliyimizi zəmanət altına almaq və müdafiə etmək üçün hər zaman hər şeyə hazırdır."

  Qeyd edək ki, Amerika döyüş təyyarələri 2015-ci ilin iyulunda Kaliforniya sahillərində Amerika hava sahəsinə çox yaxınlaşan Rusiya döyüş təyyarələrinə maneə törətmişdi.



Әlaqәli Xәbәrlәr