"Amerika malı al, amerikalı çalışdır"

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsindəki xarici iş adamlarına iş haqqı verən H-1B viza proqramının nəzərdən keçirilməsi üçün sərəncam verib.

716202
"Amerika malı al, amerikalı çalışdır"

   "Amerika malı al, amerikalı çalışdır" başlıqlı sərəncam Viskonsin (Wisconsin) əyalətindəki bir fabrikdə təşkil edilən tədbirdə imzalanıb.

  Tram bildirib ki, “Xarici iş adamlarının ABŞ-da işlərini tənzimləyən H-1B viza proqramı və ictimai alış-veriş qaydaları ilə bağlı sərəncamı amerikalıları qorumaq üçün verilib. Atılan addım ABŞ məhsullarının istifadəsi və istehsalına təşviq məqsədi daşıyır, amerikalı işçilərin işə alınmasını qarantiyə alır."

  Sərəncamda o da qeyd olunur ki, ABŞ Dövlət Katibliyi, Ədliyyə, Əmək və Daxili Təhlükəsizlik Nazirlikləri xarici iş adamlarıyla bağlı qaydaları amerikalı işçilərin hüquqlarını qoruyacaq şəkildə qurmalı və yeni qaydalar hazırlamalıdırlar.

  Şərhçilər isə sərəncama belə münasibət bildiriblər: “ABŞ-ı hər il təxminən 85 min xarici mütəxəssis tərk edir. H-1B proqramı məhdudiyyətlə yanaşı, texnologiya və səhiyyə xidmətləri kimi bir çox sektorda mənfi təsir yaradacaq”.



Әlaqәli Xәbәrlәr