Boris Johnson Rusiyanı Bəşər Əsədə dəstək verməkdən əl çəkməyə çağırdı

İngiltərə xarici işlər naziri Boris Johnson Rusiyanı Suriya prezidenti Bəşər Əsədə dəstək verməkdən əl çəkməyə və Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altındakı beynəlxalq DEAŞ əleyhinə koalisiyaya qoşulmaq çağırdı.

713576

 "Sunday Telegraph" qəzeti üçün məqalə yazan Johnson "Rusiya Suriyadakı strateji maraqlarını qorumaq üçün ABŞ dövlət başçısı Donald Trump ilə daha konstruktiv əlaqələr yaratmaq istəyilə və Qərbin Suriyanı yenidən inşa edəcəyini bilərək beynəlxalq koalisiyaya qoşula bilər. Bunun qarşılığında Rusiya həqiqi atəşkəsi təmin etmək, kimyəvi silahların və "çəllək bombaları"nın istifadəsinə son vermək və suriyalıları Əsəd tiranlığından xilas edəcək bir siyasi həll tapmaq barədə öhdəlik götürməlidir" ifadələrini işlətdi.
 
 Həftə içində İtalyanın Lucca şəhərində keçirilən G7 sammitindən sonra İtaliyanın "Rainews 24" televiziya kanalına müsahibə verən Johnson: " G7 Xarici İşlər Nazirləri Sammitində  Moskvaya Rusiyanın adına zərər verən Əsəd hökumətinin qanlı rejiminin yanında olmaq və dünyanı Əsəd tiranlığından xilas edərək müharibənin yaralarını sarıyan yeni bir gələcək yaratmaq  arasında seçim etməsi üçün siqnal verildi" demişdi.

Әlaqәli Xәbәrlәr