“ABŞ-la Rusiya arasında münasibətlərin normallaşacağına əminəm”,D.Tramp

Tramp ölkəsi ilə Rusiya arasındakı bütün işlərin yaxşı olacağın, lazımi vaxtda hamının müəyyən qənaətə gələcəyini və daimi sülhün əldə olunacağını bildirib.

712386
“ABŞ-la Rusiya arasında münasibətlərin normallaşacağına əminəm”,D.Tramp

 “ABŞ-la Rusiya arasında münasibətlərin normallaşacağına əminəm”.

Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində ölkəsi ilə Rusiya əlaqələrinin gələcəyini dəyərləndirərkən yazıb.

Tramp ölkəsi ilə Rusiya arasındakı bütün işlərin yaxşı olacağın, lazımi vaxtda hamının müəyyən qənaətə gələcəyini və daimi sülhün əldə olunacağını bildirib. 

Tramp srağa gün verdiyi bəyanatda demişdi ki, iki ölkə arasındakı münasibətlər indiqə qədərki ən aşağı səviyyədəki münasibətlərdir.

Kremlin isə iki ölkə arasındakı etimadın azaldığını vurğulamış, prezident Putin ikitərəfli əlaqələrin korlandığını bildirmişdi.  

Qeyd edək ki, ABŞ-ın İdlibdə keçən həftəki kimyəvi silahlı hücumuna qisas kimi Suriyadakı Şayrat hava bazasına qarşı həyata keçirdiyi hava hücumu Washington ilə Moskva arasında gərginliyi dərinləşdirib.



Әlaqәli Xәbәrlәr