ABŞ Əfqanıstanda terror təşkilatı DAEŞ-a qarşı ən güclü bombadan istifadə etdi

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Əfqanıstanda terror təşkilatı DAEŞ-a "nüvə olmayan ən güclü bomba" kimi tanınmış GBU-43 bombası ilə hava hücumu təşkil etdiyini açıqlayıb.

712420

ABŞ ordusunun Əfqanıstandakı silah anbarında olan GBU-43 /B “ən güclü bomba” kimi tanınır.

Pentaqon tərəfindən yayılan bəyanatda bildirilib ki, bombadan DEAŞ-ın gizlənmək üçün istifadə etdiyi bir sıra mağaranı məhv etmək məqsədilə istifadə edilib.

Əfqanıstandakı ABŞ qüvvələri yerli saatla 19.32-də Nangarhar bölgəsinin Aşin mövqeyində DEAŞ-ın bir sıra tunelinə qarşı müdaxilə etdi.

ABŞ Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) bombadan bölgədə olan ABŞ və Əfqan qüvvələrinə minimum risk meydana gətirəcək şəkildə planlayaraq istifadə etdiklərini vurğulayıb.

CENTCOM vətəndaşların zərər görməməsi üçün vacib olan bütün tədbirlərin görüldüyünü bildirib.

Qeyd edə ki, 2003-ci ildə istifadəyə verilən GBU-43/B klassik olmayan bomba istehsal edildiyi zaman dünyanın nüvə olmayan ən güclü silahı olaraq hazırlanmışdı.

İlk dəfə bir müharibədə istifadə olunan bomba MC-130 qırıcısından tullanıb.

Әlaqәli Xәbәrlәr