Venesuelada  hökumǝt ǝleyhinǝ  aksiyalar zamanı  ölǝnlǝrin sayı  artıb

Venesuelada 2  hǝdtǝdir  hökumət əleyhinə davam  edǝn   aksiyalar   zamanı baş verən iğtişaşlarda ölənlərin sayı 4 nəfərə çatıb.

711757
Venesuelada  hökumǝt ǝleyhinǝ  aksiyalar zamanı  ölǝnlǝrin sayı  artıb

BBC-nin  xǝbǝrinǝ  görǝ, ötən gün Lara ştatında prezident Nikolas Maduronun tərəfdarları odlu silahdan atəş açaraq 36 yaşlı kişi və 14 yaşlı yeniyetməni güllələyiblər.

Bundan əvvəl daha 2 nəfərin iğtişaşlar nəticəsində öldürüldüyü bildirilir. Belə ki, Miranda və Karabobo ştatlarında iki gənc güllələnib, paytaxt Karakasda isə ahıl qadın gözyaşardıcı qazdan zəhərlənərək dünyasını dəyişib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir.  Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.

 



Әlaqәli Xәbәrlәr