Putin və Ruhani ABŞ-ın Suriya hərbi bazasını bombalamasının qəbuledilməz olduğunu bildirdilər

Rusiyanın dövlət başçısıi Vladimir Putin və İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatlarının  beynəlxalq hüquq normalarını pozaraq, Suriya hərbi bazasını bombardıman etməsinin qəbuledilməz olduğunu bildirdilər.

709120
Putin və Ruhani ABŞ-ın Suriya hərbi bazasını bombalamasının qəbuledilməz olduğunu bildirdilər

Kreml mətbuat mərkəzindən verilən yazılı məlumatda İran tərəfinin təşəbbüsü ilə Putin və Ruhani araslnda telefon danışığının olduğu bildirilir.

Məlumatda Suriyadakı vəziyyətdən danışan liderlərin ABŞ-ın Suriya hərbi bazasını bombalayaraq beynəlxalq hüquq normalarını pozduğunu və bunun qəbuledilməz olduğunu qeyd etdikləri deyilir.

Eyni zamanda, məlumatda: "Putin və Ruhani Suriyanın İdlib bölgəsinə  kimyəvi silah hücumu  iddiası ilə əlaqədar obyektiv və tərəfsiz bir istintaqın aparılmasının vacibliyini, Suriyadakı qarşıdurmanın siyasi və diplomatik yollarla həlli ilə bağlı əməkdaşlığın davam etdirilməsinin zəruriliyini də vurğuladılar. Telefon görüşündə Ruhaninin 27-28 mart tarixlərində həyata keçirdiyi Moskva səfəri çərçivəsində əldə olunan razılaşmaların reallaşma prosesi də müzakirə olundu. Tərəflər terrorla mübarizə məsələsində əməkdaşlığın əsas maddələrinə toxunaraq, bu əməkdaşlığın  gələcəkdə daha da dərinləşməsində maraqlı olduqlarını qeyd etdillər" ifadə edilir.

 

 



Әlaqәli Xәbәrlәr