İsveçdəki hücum araşdırılarkən məlum olub ki…

Ölkənin Baş nazirinin bildirdiyinə görə, hadisəylə bağlı ölkənin hər yerində, o cümlədən, sərhədlərindəki gömrük idarələrində araşdırma aparılır.

708394
İsveçdəki hücum araşdırılarkən məlum olub ki…

  İsveç Baş naziri Stefan Löfven paytaxt Stokholmun mərkəzində yük maşınının partlaması, 4 adamın ödlüyü və 15 nəfərin yaralandığını açıqlayıb.

  Hücumla əlaqədar şübhəli bir adam nəzarətə alınıb, istintaq başlayıb.

  Ölkənin Baş nazirinin bildirdiyinə görə, hadisəylə bağlı ölkənin hər yerində, o cümlədən, sərhədlərindəki gömrük idarələrində araşdırma aparılır.

  Terrorçuların məqsədlərinə çata bilməyəcəyini vurğulayan Löfven  hadisədə həyatını itirən günahsız insanların kədərilə paylaşdığını da bildirib.

  Bu arada, İsveç Təhlükəsizlik İdarəsinin sözçüsü hücumla bağlı Stokholmun Mersta qəsəbəsində yenə bir adamın nəzarətə alındığını və hal-hazırda sorğuya çəkildiyini bildirib.

  İsveç dövlət televiziyası SVT hücumda istifadə edilən yük maşınının oğurlanmış olduğunu nəzərə çatdırıb.



Әlaqәli Xәbәrlәr