Baş nazir və yardımçılarına həbs cəzası verildi

Korrupsiya və rüşvətlə bağlı mühakimə olunan Xorvatiyanın əvvəlki Baş naziri İvo Sanaderə 4 il 5 ay həbs cəzası verilib.

708055
Baş nazir və yardımçılarına həbs cəzası verildi

   Zaqreb Kanton Məhkəməsi dörd ildir "Planinska məsələsi" adı ilə davam edən iş Sanaderlə yanaşı şübhəlilərdən Stepan Fioliç və Mladen Minareviç haqqında da qərarını açıqlayıb.

  Məhkəmə Sanaderə 4 il 5 ay, Fiolic və Minarevicə isə bir il həbs cəzası verib.

  Hakim Casna Smilyanik əvvəlki Baş nazir İvo Sanaderin 2,3 milyon avro rüşvət aldığını və dövlətin də 2 milyon avro zərərə uğradığını bildirib.

  Qərarda bildirildiyinə görə, Sanader Baş nazirliyi dövründə Xorvat Demokratik Birliyi (HDZ) millət vəkillərindən olan Fioliçlə birlikdə Regional İnkişaf Nazirliyi üçün alınacaq daşınmaz əmlaka bazar dəyərindən çox pul ödəyib. Sanader bu hadisəylə əlaqədar bir milyon avro tələb edib. Bu fakt  məhkəmədə Fioliç tərəfindən təsdiqlənib. Nəticədə Sanaderin aldığı 2,3 milyon avroya əl qoyulub və sözü gedən mövzuyla bağlı üç adamın dövlətə 2 milyon avro ödəməsi üçün hökm verilib.

 



Әlaqәli Xәbәrlәr