Donald Tusk Suriyada hәyata keçirilәn kimyәvi hücumu qınadı

Donald Tusk hücuma görә Suriya rejiminin mәsuliyyәt daşıdığını  bildirib.

706659
Donald Tusk Suriyada hәyata keçirilәn kimyәvi hücumu qınadı

Avropa İttifaqı Şurasının prezidenti  Donald Tusk  Suriyada  çox sayda mülki vətəndaşın ölümünə sәbәb olan kimyәvi hücumu pislәdiklәrini qeyd edib.

Donald Tusk hücuma görә Suriya rejiminin mәsuliyyәt daşıdığını  bildirib.  

Afinaya sәfәr edәn Donald Tusk Yunanıstanın baş naziri Aleksis Çipras  ilә görüşüb.  Görüşdәn sonra A.Çipras vә D.Tusk birgә mәtbuat konfransı keçiriblәr.

Suriyanın İdlib şәhәrindә hәyata keçirilәn kimyәvi hücumu qәti şәkildә pislәdiklәrini vurğulayan  D. Tusk: ‘‘  Bu  hücumu törәdәnlәr hesab vermәlidirlәr’’ deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr