Trump, Şimali Koreyaya göz dağı verib

ABŞ prezidenti Donald Trump, nüvə silah proqramıyla əlaqədar Şimali Koreyaya göz dağı verib.

704589
Trump, Şimali Koreyaya göz dağı verib

Trump, Financial Times qəzetinə verdiyi müsahibədə, Çinin bu sahədə lazımlı addımları atmaması halında məsuliyyəti ABŞ-nin öhdəsinə götürəcəyini deyib.

Çinin Şimali Koreya üzərində təsirinin olduğunu ifadə edən Trump, Çinin mövzu ilə əlaqədar ABŞ ilə əməkdaşlıq etməsinin lazım gəldiyini əks təqdirdə bunun heç bir tərəf üçün yaxşı olmayacağını bildirib.

Trump, Çinin Şimali Koreya mövzusunda əməkdaşlıq etməsi halında ABŞ-ın Koreya yarımadasındakı əsgərləri geri qaytaracaq mı, suala cavabən: “Əgər Çin Şimali Koreya problemini həll edərsə, əsgərlərimizi çəkərik” deyə vurğulayıb.

BBC Türkcənin məlumatına görə ABŞ prezidenti Trump, bu həftə Çin Dövlət Başçısı Xi Jinping ilə ABŞ-da görüşəcək. Danışıq zamanı həmin mövzu müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr