İnək öldürməyə yeni cəza və siyasi səbəblər

Hindistanın Qucarat əyalətində yerli məclis Heyvan Qoruma Qanununda etdiyi dəyişikliklərlə əlaqədar inək öldürənə ömürlük həbs cəzası gətirdi.

703640
İnək öldürməyə yeni cəza və siyasi səbəblər

   Edilən qanun dəyişikliyinə görə, inək əti istifadə edənlərə 7-10 il həbs və ya 1500 - 7500 dollar arası pul cəzası kəsiləcək.

  Ölkənin şimaldakı Uttar Pradeş əyalətindəki bir müsəlman qurumunun nümayəndəsi mövzuyla əlaqədar Anadolu Agentliyinə (AA) qərarın əslində siyasi xarakterli olduğu fikrini söyləyib. Adının açıqlanmasını istəməyən Hindistan müsəlmanının bildirdiyinə görə, “Qucaratda bu il seçkilər keçiriləcək. Hindu milliyyətçilər qütbləşdirici siyasət yürüdərək seçkilərdə öz təsirli qüvvələrini artırmaq istəyir. Bunu əvvəllər Uttar Pradeşdə gördük. İndi yenə təkrarlayırlar. Bu qanunun dinlə heç bir əlaqəsi yoxdur, sadəcə insanları aldadırlar."

  Əhalinin əksəriyyətini hinduların təşkil etdiyi Hindistanın bir çox əyalətində inək öldürməklə bağlı qanuni cəzalar bundan əvvəl də var idi. Bu cür qadağa tədbirləri müsəlman azlığının dini inanclarına hörmətsizlik sayıldığından ictimai ixtilafa səbəb olur.



Әlaqәli Xәbәrlәr