“Bu, hamımıza qarşı edilən bir hücum idi”, Y.Stoltenberq

NATO ölkələrinin Xarici İşlər nazirləri Brüsseldəki NATO Qərargahında bir araya gəlib.

703564
“Bu, hamımıza qarşı edilən bir hücum idi”, Y.Stoltenberq

  NATO-nun Baş katibi Yens Stoltenberq “Türkiyənin çevriliş cəhdi arxasında duranları mühakimə etmə haqqı var” deyərək bu çərçivədə Türkiyə ilə Avropa Şurası arasındakı əlaqəni məmnuniyyətlə qarşıladığını bildirib.

  NATO ölkələrinin Xarici İşlər nazirləri Brüsseldəki NATO Qərargahında bir araya gəlib. Toplantıda Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlu təmsil edib.

  Yığıncaqda 25 mayda yeni NATO Qərargahında ediləcək Dövlət və Hökumət Başçıları Zirvə Toplantısıyla bağlı mövzular müzakirə olunub.

  Stoltenberq deyib: "Keçən həftə Londonda təşkil edilən hücumda 11 müxtəlif ölkədən olan insanlar öldü və yaralandı. Bu, müttəfiqlərin son aylar yaşadığı bir çox hücumdan biri idi. Yenə hamımıza qarşı edilən bir hücum idi. Səylərimizi sürətləndirməliyik."



Әlaqәli Xәbәrlәr