Prezident Trumpın qızı Ağ Evin rəsmi qulluqçusu oldu

ABŞ prezidenti Donald Trumpın böyük qızı Ivanka Trump, rəsmi dövlət qulluqçusu olaraq Ağ Evdə vəzifəyə başlayır. O, federal hökumətdən maaş tələb etmiyəcək.

702190
Prezident Trumpın qızı Ağ Evin rəsmi qulluqçusu oldu

Prezident Trumpın 20 Yanvarda Ağ Evdə vəzifəyə başladığından sonra bir çox yüksək seviyyəli iclaslara iştirak edən Ivanka Trump, prezident xüsusi müşaviri olaraq rəsmi qulluqçu olacaq.

Ivanka Trump, Donald Trumpın qeyri-rəsmi müşaviri olduğuna dair tənqidlərə cavabən verdiyi açıqlamada : “Könüllü və qaydalara uyğun olaraq prezidentin müşaviri kimi vəzifə icra etməyimdən xoşnud olmayanların olduğunu müşahidə etdim. Bundan sonra digər bütün federal işçiləri maraqlandıran qaydalara uyğun olaraq Ağ Ev qulluqçusu kimi pulsuz işləyəcəyəm” deyə vurğulayıb.

Ağ Evdən də mövzu ilə əlaqəli verilən açıqlamada, Ivanka Trumpın qərarının yüksək qiymətləndirildiyi və prezidentə dəstəyinin davam edəcəyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr