Nigeriyada meningit epidemiyası 269 nəfərin həyatına son qoydu

Nigeriyada meningit epidemiyası nəticəsində 269 nəfər öldü.

702585
Nigeriyada meningit epidemiyası 269 nəfərin həyatına son qoydu

 Nigeriya Xəstəlik Nəzarət Mərkəzindən verilən məlumatda:" Nigeriyanın 15 ştatında son bir neçə həftə ərzində meningit xəstəliyinə 1828 nəfər tutuldu və bunlardan 269-u həyatını itirdi" deyilir.
 
 Eyni zamanda, epidemiya ilə mübarizə çərçivəsində vətəndaşlardan  xəstəxanalara gedərək  nəzarətdən keçmələri tələb olunur.
 
Qeyd edək ki, meningit Nigeriyada  2015-ci ildə 131 nəfərin, 2016-cı ildə isə  33 nəfərin ölümünə səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr