Şotlandiya müsəlman polislər üçün hicabı qəbul etdi

Şotlandiyada müsəlman qadın polislər üçün hicab rəsmi uniforması qəbul olundu.

701188
Şotlandiya müsəlman polislər üçün hicabı qəbul etdi

  Qərarın çox mədəniyyətli polis qüvvələri yaradılmasına dəstək olacağı bildirilir.

  Şotlandiya Polis İdarəsinin bu il dərc etdirdiyi hesabata görə, polisə müraciət edilən təxminən 500 şikayətin 127-si fərqli millətlərə mənsubdur.

  Qeyd edək ki, əvvəllər müsəlman qadın polisləri yalnız rəislərinin icazəsilə başını örtə bilirdi.

  İngiltərənin paytaxtı Londonda da polis 2001-ci ildə fərqli etnik mənşəli şəxsləri polis məmuru olmağa razı salmaq üçün hicab uniformasını qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr