İngiltərə Brexit prosesini rəsmi olaraq başlatdı

İngiltərə Lissabon müqaviləsinin 50-ci maddəsini işə salaraq 44 illik  üzvlüyündən sonra Avropa İttifaqından çıxma prosesini rəsmi olaraq başladıb.

701852
İngiltərə Brexit prosesini rəsmi olaraq başlatdı

İngiltərə Lissabon müqaviləsinin 50-ci maddəsini işə salaraq 44 illik  üzvlüyündən sonra Avropa İttifaqından çıxma prosesini rəsmi olaraq başladıb.

Ölkənin İttifaqdakı daimi nümayəndəsi Tim Barrou Avropa Şurasının rəhbəri Donald Tuska bu ölkənin baş naziri Tereza Meyin imzaladığı və Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı rəsmi bildirişin olduğu məktubu bugün yerli vaxtla saat 13.20-də təqdim edib.

Tusk cümə günü Aİ-nin Brexit yol xəritəsini bəyan edəcək.

Lissabon müqaviləsinin 50-ci maddəsində göstərilən qaydalara əsasən, Aİ-ni tərk etmək istəyən dövlət bunu rəsmi bildiriş verdikdən iki il sonra etməlidir. Başqa sözlə, Böyük Britaniya Aİ-ni 2019-cu il martın 29-da tərk edəcək.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı qərarı keçən il iyunun 23-də keçirilən referendum nəticəsində qəbul olunub.

İngiltərənin Aİ-na üzvlüyü 1973-cü ildən davam edirdi.

"Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması prosesinin başlaması geriyə dönüşü olmayan tarixi andır"

Bunu Böyük Britaniyanın baş naziri Tereza Mey Lissabon müqaviləsinin 50-ci maddəsinə uyğun olaraq, Aİ-nin rəsmi bildiriş almasından sonra parlamentdəki çıxışı zamanı deyib.

T.Mey indi Böyük Britaniyanın öz qərarlarını və qanunlarını qəbul edəcəyini söyləyib.

O, eyni zamanda "Brexit" nəticəsində Şotlandiya, Uels və Şimali İrlandiya hökumətinin əlavə səlahiyyətlər əldə edəcəyini, Aİ ilə danışıqlarda onların da fikirlərinin nəzərə alınacağını vurğulayıb.

Britaniyalı baş nazir Birləşmiş Krallığın Aİ-dən çıxdıqdan sonra da NATO-nun kollektiv müdafiə və təhlükəsizlik öhdəliklərinə sadiq qalacağını da deyib.

Mey Aİ-dən çıxdıqdan sonra ölkəsinin üzləşə biləcəyi bütün riskləri və çətinlikləri bildiyini diqqətə çatdırıb.

 



Әlaqәli Xәbәrlәr