Parisdə polis zorakılığına etiraz edən nümayişçilərə sərt müdaxilə

İki gün əvvəl Fransanın paytaxtı Parisdə polis 56 yaşlı çinli miqrant Shaoyo Liunu öldürdükdən sonra etiraz aksiyaları başladı.

700453
Parisdə polis zorakılığına etiraz edən nümayişçilərə sərt müdaxilə

İki gün əvvəl Fransanın paytaxtı Parisdə polis 56 yaşlı çinli miqrant Shaoyo Liunu öldürdükdən sonra etiraz aksiyaları başladı.
 
 Paytaxtın 19-cu bölgəsində polis mərkəzinin qarşısında toplaşan yüzlərlə asiyalı köçkün "Shaoyo Liu üçün ədalət", "Polis zorakılığına son", "Səbəbsiz öldürüldü" şüarları səsləndirərək hadisənin işıqlandırılmasını tələb etdi.
 
 Polis aksiya iştirakçılarına sərt müdaxilə etdi.
 
 Gözyaşardıcı qaz və dəyənəklərlə uzaqlaşdırılan nümayişçilər arasında yaralananlar var.
 
 Qəzəbli kütlə məntəqəyə daxil olmağa çalışdı. Bir qrup nümayişçi isə polis maşınını atəşə tutdu. 

 Qeyd edək ki, iki gün əvvəl Parisdə dava xəbəri alaraq  şəhərin 19-cu bölgəsindəki ünvana gedən üç polis Shaoyo Liunun onlara qayçıyla hücum etdiyini bildirir. Polislərdən birinin "özünümüdafiə" məqsədilə Shaoyonu vurduğu, Shaoyonun hadisə yerində öldüyü bildirilir.
 
 Ailəsi isə Shaoyonun polisə hücum etmədiyini, hadisə zamanı mətbəxdə balıq təmizlədiyini və zəng çalındığında qapını əlində qayçı ilə açdığını iddia edir.



Әlaqәli Xәbәrlәr