İsveçrə, prezident Ərdoğanın hədəf götürüldüyü cinayət ilə əlaqədar istintaq başladıb
İsveçrənin Bern-Mitteland bölgə Prokurorluğu, separatçı terror təşkilatı PKK-nın da aralarında olduğu terrorist qruplar tərəfindən açılan və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf göstərən pankart ilə əlaqəli istintaq başladıb.
Paytaxt Berndə polis idarəsi müdiri Reto Nausenin məlumatına görə istintaq terrorist qrupların təşkil etdikləri mitinq ilə əlaqədar icazə şərtlərinin yerinə yetirilməməsi səbəbiylə başladılıb. Ancaq hadisə ilə əlaqədar saxlanan olmayıb.
Qeyd edək ki, Şənbə günü təşkil edilən və İsveçrə mövqelərinin rəsmi icazə verdikləri mitinqə İsveçrə Sosialist Partiyası və Yaşıllar Partiyası da dəstək vermişdi.
Digər tərəfdən Xarici İşlər Nazirliyi, "şiddət və terroru təşviq ehtiva edən nümayişə icazə verilməsindən kəskin reaksiya göstərib. Cinayət ilə əlaqəli lazımlı tədbirlərin dərhal həyata keçirilməsini istəyib.
Nazirlik, İsveçrənin Ankara səfiri Walter Haffneri çağıraraq, terror təşkilatı tərəfdaşlarının Berndə prezident Rəcəb Tayyib Ərdoğanı hədəf götürən mitinq təşkil etmələrinə icazə verilməsindən narahatlıq duyulduğunu bildirib. Cinayətkarların tutulmalarını tələb edib. Bundan belə bənzər hadisələrin yaşanmaması üçün lazımlı tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.