Əhalinin 80% hümanitar yardıma mühtacdır

Birləşmiş Millətlər Uşaqlara Kömək Fondu (UNICEF), Yəməndə son bir ildə ölən, yaralanan və ya döyüşməyə məcbur edilən uşaqların sayının 100% artdığını bildirib.

699635
Əhalinin 80% hümanitar yardıma mühtacdır

UNICEF-in, iki ildən bəri vətəndaş müharibəsinin davam etdiyi Yəməndəki vəziyyət ilə əlaqəli hazırladığı hesabata görə, cinayətlərə qurban gedən uşaqların sayı 900-dən min 500, yaralanan uşaqların isə 2 min 450, və döyüşməyə məcbur edilən uşaqların sayı min 580-a çatıb. Ölkədə məktəbləri hədəf götürən hücumlar və bombalama hadisələri də 4 dəfə artıb.

Təxminən min 600 məktəbin yıxıldığı ölkədə, 2 milyon uşaq təhsil alma haqqından məhrum qalarkən, qıtlıq səbəbiylə yarım milyondan çox uşaq da qidalana bilmir. Əhalisinin 80% hümanitar yardıma möhtacdır. Ölkədə qız uşaqlarının üçdə ikisi isə kiçik yaşda ərə verilir.



Әlaqәli Xәbәrlәr