ABŞ-dan Rusiyaya çağırış: ‘Aksiyaçıları sərbəst burax’

ABŞ, Rusiyada müxalifətin həftəsonunda təşkil etdiyi nümayişlərdə 500-dən çox aksiyaçının saxlanılmasını qınayıb.

699903
ABŞ-dan Rusiyaya çağırış: ‘Aksiyaçıları sərbəst burax’

ABŞ dövlət katibliyinin müvəqqəti sözçüsü Mark Toner mövzu ilə əlaqəli açıqlamasında : “ABŞ, Rusiyada sülh mitinqi təşkil edən yüzlərlə aksiyaçının tutulmasını qanıyır. Ölkədə cərəyan edən hadisələri yaxından izləyirik. Rusiya hökumətinə çağırış edirik ki, sülhpərvər nümayiş təşkil edən aksiyaçıları dərhal azadlığa buraxsın.

Qeyd edək ki, Rusiyanın Moskva və St. Peterburq başda olmaqla bir çox şəhərində, "Korrupsiyaya qarşı Mübarizə Fondunun" banisi Aleksey Navalnıy ilə digər müxalif qrupların dəstək verdikləri aksiya təşkil edilmişdi. Həmin nümayişlər zamanı xeyli sayda aksiyaçı xalanmışdır.



Әlaqәli Xәbәrlәr