Keystone XL boru kəməri layihəsi imzalandı

ABŞ Dövlət Katibliyindən verilən yazılı şərhdə bildirilir

698870
Keystone XL boru kəməri layihəsi imzalandı

  Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Kanadadan ABŞ-a xam neft daşıyacaq Keystone XL boru kəməri layihəsini imzaladı.

  ABŞ Dövlət Katibliyindən verilən yazılı şərhdə bildirilir: "Xarici siyasət, enerji təhlükəsizliyi, ekologiya, mədəniyyət və iqtisadi faktorlar nəzərə alınaraq layihə sahibi TransCanada şirkətinə boru xəttinin inşası üçün icazə verildi."

  Ağ Evdə mətbuat nümayəndələrinin suallarını cavablandıran D.Tramp layihə ilə bağlı deyib: "Keystone XL infrastruktur layihələrimizdən birincisidir. Onda çox son texnologiyadan istifadə ediləcək."

  Kanada enerji şirkəti TransCanada İdarə Heyətinin sədri Ras Qarlinq (Russ Girling) isə verdiyi yazılı məlumatda: “İki ölkə arasında ortaq layihələrin Şimali Amerika enerji infrastrukturunu gücləndirməyə xidmət edəcək”, - deyə bildirib.

  Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Keystone XL neft boru xətti layihəsini 7 il araşdırdıqdan sonra 2015-ci ilin noyabrında ekoloji səbəblərə görə təsdiqləməmişdi.



Әlaqәli Xәbәrlәr