Avropa İttifaqının 60-cı ildönümü qurulduğu şəhərdə keçirildi

Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları İttifaqın qurucu razılaşması qəbul edilən 1957-ci il tarixli Roma müqaviləsinin 60-cı ildönümü münasibətilə İtaliyanın paytaxtı Romadakı “Conservator” Sarayında bir araya gəldilər.

699016
Avropa İttifaqının 60-cı ildönümü qurulduğu şəhərdə keçirildi

   İkinci Dünya Müharibəsindən sonra bərpa dövrünü güclərini birləşdirərək keçməyə çalışan Fransa, Qərbi Almaniya, İtaliya, Belçika, Hollandiya və Lüksemburq 25 mart 1957-ci ildə Romada müqavilə imzalayaraq o zamankı adı ilə Avropa İqtisadi Birliyini qurdular.

  Bu gün - 25 mart 27 üzv dövlət Aİ 60-cı ildönümünü “Conservator” Sarayı və “Curiazi” Salonunda qeyd edir.

  Avropa İttifaqı tarixi üçün əhəmiyyətli olan bu gün liderlər səhər yerli saatla 09.00-da “Campidoglio” təpəsində olan saraya toplaşmağa başladı. Üzv ölkələrin dövlət və hökumət başçılarını ev sahibi, İtaliyanın Baş naziri Paolo Gentiloni, Aİ Şurasının sədri Donald Tusk, Aİ dövri sədri, Malta Baş naziri Cozef Muskat və Roma Bələdiyyə sədri Virginia Raggi qarşıladı.

  Keçən ilin iyun ayında referendumla İttifaqdan ayrılma qərarı verən İngiltərə isə tədbirdə iştirak etmirdi.

  60 il əvvəl 6 ölkənin imza atdığı tarixi salonda bu dəfə 27 ölkə var idi.

  Tarixi toplantıda 200 jurnalist iştirak edir.

  Tədbir boyu paytaxtın hava sahəsi uçuşlara bağlanılıb.

 



Әlaqәli Xәbәrlәr